
Elektronik dizayn

Mühəndislik

Məhsul dizaynı

Bir
ənənənin
başlanğıcı
Sumaks Technologies texnologiya məhsullarının istehsalı ilə məşğuldur. Şirkətimiz öz məhsullarının istehsalı ilə yanaşı sifariş əsasında da fəaliyyət göstərir. Əşyaların interneti, proqram və aparat təminatlarının hazırlanması və təkmilləşdirilməsi üzrə ixtisaslaşmış şirkətimiz qısa müddətdə müştəriləri və partnyorları arasında etibarlı tərəfdaş statusunu eldə etmişdir. Sumaks komandasının məhsulları tamamilə yerli istehsaldır və istehsala qədərki araşdırmalar laboratoriyamızda öz mütəxəssislərimiz tərəfindən aparılır. Şirkətimizin gələcəyə baxış strategiyası ölkəmizdə yerli yüksək texnologiya məhsularının istehsalı ənənəsini formalaşdırmaqdır.
Avtomaks – nəqliyyat vasitələrinin izlənməsinin təkmilləşdirilmiş üsulunu təklif edir. Avtomaks iki hissədən – avtomobilə quraşdırılan cihaz və istifadəçiyə təqdim olunan “istifadəçi adı” və “şifrə” ilə daxil olunan veb-interfeys – ibarətdir.
Funksiyalar:
Layihə İki əsas hissədən ibarətdir:
İnterfeys – GSM şəbəkə vasitəsilə skrollerlərin məsafədən nəzarət və idarə olunması təmin olunur.
Funksiyalar:
Cihaz uzaq məsafədən müxtəlif tipli müstəviləri ölçmək (en, uzunluq, sahə və s. kimi) üçün nəzərdə tutulmuşdur.
Androiod mobil tətbiqi ilə birgə işləyən cihaz vasitəsilə 40 metr məsafədən müstəvinin ölçülərini almaq mümkündür.
Rəqiblərindən fərqli olaraq bütün Android əməliyyat sistemli smartfonlarla istifadə oluna bilir.
Layihə çərçivəsində məkanların daxili temperaturuna nəzarət və idarəetmə sistemi təmin olunur. Layihədə həm aparat təminatı, həm də interfeys nəzərdə tutulur.
Cihazların kabel və ya simsiz şəbəkədən istifadə olunmaqla internetə çıxışı təmin ediləndən sonra davamlı olaraq temperatur və rütubət məlumatlarını interfeysə göndərilir və oradan tələb olunan funksionallıqlar idarə olunur.
Daxilitemperatur qabaqcadan müəyyən edilən temperatur həddinə çatanda kondisionerlərin avtomatik söndürülməsi və ya yandırılması kimi funksiyalar da təmin edilə bilər.